“Bizim Cəbiş müəllim” filminin çəkilişləri zamanı lentə alınan, amma filmə salınmayan səhnə sosial şəbəkədə böyük ajiotaj yaradıb.
İddialara görə, Cəbiş müəllimin həyat yoldaşının alverçi qonşusu Əbülfəzlə çəkildiyi səhnə filmə daxil edilməyib. Həmin kadrlarda Əbülfəz Cəbiş müəllimin arvadını yoldan çıxamağa çalışır.
Teleqraf.com xəbər verir ki, görüntüləri tədqiqatçı Füzuli Sabiroğlu paylaşıb.
“Bizim Cəbiş müəllim” filmi 1969-cu ildə rejissor Həsən Seyidbəyli Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkib. Filmdə baş rolları Şəfiqə Məmmədova, Süleyman Ələsgərov canlandırıb.
Pərvin