20 Fevral 2017 17:26
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti fevralın 21-i səhər saat 06:00-dan 07:30-dək Səbail rayonu, Neftçilər prospekti, 77/79 ünvanında yerləşən “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcək.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd mümkün yanğının söndürülməsi ilə əlaqədar yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qurumları çatana qədər obyektin mühəndis-texniki işçilərinin vəzifələrini yerinə yetirməsini və məlumatların ötürülmə ardıcıllığını, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunması və döyüş hərəkətlərinin təşkil edilməsini, qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib edilməsini, rabitə işinin təşkilini, otel personalı və qonaqların təxliyə olunması üzrə yanğın yerində döyüş hərəkətlərini məşq etmək, həmçinin şəxsi heyətə texniki təhlükəsizlik qaydalarını öyrətməkdir.

İlhamə ƏBÜLFƏT


Müəllif: