21 Fevral 2017 14:10
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dönərxanada partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınmış partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, baş verən partlayışda 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan üçü kişi, ikisi qadındır. Onlar xəstəxanaya yerləşdiriliblər.

***

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.


Müəllif: