22 Fevral 2017 11:35
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son üç ildə orfan preparatlar 23 faiz artıb”.

Teleqraf.com xəbər verir ki, bunu nadir hematoloji xəstəliklər və onların müalicəsində istifadə olunan dərmanlar mövzusuna həsr olunmuş tədbirdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri Elmira Qədimova deyib.

Onun sözlərinə görə, nadir xəstəliklər və onların müalicə üsulları tibbi profilaktikaya son dövrlərdə daxil olub: "Bu xəstəliklərin müalicəsi isə “orfan” dərmanlarla aparılır. Xəstəliyin ölkə ərazisində yayılması 200 mini aşmırsa və hər 10 min nəfərə 7,5 xəstə qeydə alınırsa, həmin xəstəliyin müalicəsində istifadə edilən dərmanlara orfan dərmanlar deyilir. Dünya bazarında bu dərmanların istehsalı ildən ilə artır".

Elmira Qədimova bildirib ki, dünyada 60 min formada orfan xəstəlik qeydə alınıb: "Rusiyada 2 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Qeyd edək ki, orfan xəstəliklərinin 80 faizi genetikdir. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da orfan preparatlarının alınması dövlət büdcəsindən maliyyələşdirilir.

Nadir hematoloji xəstəliklər hemofiliya, mieloproliferektiv, xroniki mieleykoz, kəskin leykozun promielositar variantı, çoxsaylı mieloma, mielofibroz, linfoma və digərləri daxildir. Hemofiliya xəstəliyi də nadir xəstəliklər siyahısındadır.

Hemofiliya - qanın laxtalanmasının pozulması ilə müşahidə olunan irsi xəstəlikdir. Xəstəlik cüzi travma nəticəsində həyati təhlükəli qanaxmalarla təzahür edir.

Bu gün Hematologiya Mərkəzində 1550 xəstə qeydiyyatdadır. Xəstələrə lazım olan orfan dərmanlar respublikaya gətirilərək onların müalicəsində istifadə edilir.

Kafedra müdri qeyd edib ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da hemofiliyalı xəstələr ev, stasionar və ambulator şəraitdə müalicə alırlar: "Hemofiliyalı xəstələrin sayı 2002-ci ildə 916, 2007-ci ildə 1140, 2010-cu ildə 1300, 2012-ci ildə 1452, 2016-cı ildə isə 1541 nəfər olub. Bu da xəstələrin sayının nisbi artması deməkdir. Bu artım xəstəliyin aşkar edilməsinin yaxşılaşması, diaqnostikanın təkmilləşməsi, müalicənin effektivliyi, maarifçiliyin isə geniş yayılması ilə izah oluna bilər.

Ölkədə 1103 nəfər hemofiliya A, 132 nəfər hemofiliya B, 206 nəfər isə villebrand xəstəliyindən əziyyət çəkir. Azərbaycanda da ən ağır hemofiliyalı xəstələr I profilaktikaya götürülür, bu o deməkdir ki, xəstə uşaqlar ağır hemofiliyalı vəziyyətdən orta və yüngül vəziyyətə keçirilir, əlilliyin qarşısı alınır və sağlam uşaqlardan seçilmirlər. Bu gün 42 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər