23 Fevral 2017 12:04
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yayılan bu xəbərlərə şərh vermək, bu barədə danışmaq istəmirəm”.

Bu sözləri Azərbaycan Hava Yolları (AZAL) şirkətinin mətbuat katibi Paşa Kəsəmənski şirkətin prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib.

O, məsələ ilə bağlı geniş açıqlama verməyəcəyini bildirib: “Bu məsələ haqda ətraflı açıqlama verməyəcəyəm. Kim bu haqda yazırsa, qoy onlar da açıqlama versin”.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, sosial şəbəkələrdə Azərbaycan Hava Yolları şirkətinin sədri Cahangir Əsgərovun vəzifədən çıxarılması haqda xəbərlər paylaşılır.

Azərbaycan Hava Yolları (AZAL) qapalı səhmdar cəmiyyətdir və onun sədrini Azərbaycan Prezidenti təyin və ya vəzifədən azad edir.


Müəllif: