2016-cı ildə Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə ambulator qaydada 3000-dən çox xəstə müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, toksikologiya üzrə stasionar şöbəyə 2200 xəstə qəbul olunub.
Bunlardan 800 nəfər dərman, 500 nəfər dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar.
90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.
Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub.