“Mehriban Əliyevanı vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: “Mehriban Əliyeva xaraktercə dinamik insandır, bu, ölkə siyasətinə də təsir edəcək”.
Nərgiz