Bakının nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasını göstərən növbəti faktı təqdim edirik.
Paytaxt üzrə 142 saylı marşrut xətti ilə işləyən avtobusda sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. İritutumlu avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb. Sərnişinlər bildirirlər ki, sürücülər oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər: “Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir. Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə edirlər. Bununla 2015-ə gedirik”.
Həmin marşrutun sahibkarı olan “İsmayıloğlular” şirkətinin rəhbəri Qurban İsmayılov isə sayta belə bir halın olmasını mümkünsüz sayıb: “Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki, avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə, araşdırılıb tədbir görüləcək”.
/milli.az/