10 İyul 2014 11:03

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.


Teleqraf.com bildirir ki, TQDK-mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanmış və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.


Müəllif:
Загрузка...