“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam təxminən 70 min gənci əhatə edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözıərinə görə, bu rəqəm ötən ilin statistik rəqəmlərinə əsaslanır: “Hər bir gənc orta ixtisas təhsili və ya ali təhsil müəssilərlərinə qəbul imtahanalrında ilk dəfə iştirak xərci dövlət tərəfindən ödəniləcək".
Məleykə Abbaszadə qeyd edib ki, bu il ola bilər, rəqəmlər dəyişsin: "Bizim xidmət haqqımızı ya sifarişçi, ya da istifadəçi ödəyir. Bu dəfə sifarişçi dövlət oldu. Ötən il 65 min məzun sənəd vermişdi, bu də təxminən sayın artacağı proqnolaşdırılır”.
Məleykə Abbaszadə bildirib ki, gələcəkdə abituriyentlərin ali məktəbə imtahan verməsi üçün imkanlar genişləndirilə bilər: “Belə ki, bu ilki qəbul qaydalarına əsasən, abituriyentlərə I və IV qruplarda iki dəfə imtahan vermək şansı vermişik. Gələcəkdə bu şanslar arta bilər və abituriyentlər 2-3 dəfə ali məktəblərə imtahan verə biləcəklər”.
İlhamə ƏBÜLFƏT