28 Fevral 2017 11:39
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

"11 illik üzrə orta ixtisas təhsili müəssisələrinə 20 faiz abituriyent gəlməyib".

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə,ötən il 8,4 faiz abituriyent qəbul imtahanı üçün ərizə verib, buraxılış vərəqəsi alıb, imtahana qatılmayıb: "11 illik üzrə orta ixtisas təhsili müəssisələrinə 20 faiz, 9 illik orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına isə 15 faiz abituriyent gəlməyib".

Məleykə Abbaszadə qeyd edib ki, rus bölməsində oxuyan abituriyentlərə Azərbaycan dilindən imtahanda ikinci şans verilirdi: "İkinci imtahana gəlməyənlər isə 26 faiz olub. Ödənişin olması bu kimi halları aradan qaldıracaq".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər