10 İyul 2014 11:25
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin həkimləri dünyanın ən iri şişini kəsib götürüb.

Yüz on kiloqramlıq şişin kəsilib götürülməsi üçün 9 mütəxəssisə 16 saat tələb olunub. Bu zaman əməliyyat olunan kişiyə 5 min millilitr qan köçürülüb. Hazırda xəstə reabilitasiya mərhələsini keçirir və tezliklə xəstəxanadan buraxılacaq.

Otuz yeddi yaşlı Yan Tszyanbin sağ böyründə ləkə ilə doğulub. Onun 9 yaşı olarkən xal böyüməyə başlayıb. On iki yaşında isə xal artıq yumruq ölçüsündə olub. Bir dəfə əməliyyat olunduqdan sonra xal yenidən böyüməkdə davam edib. Bunun üçün Yan, Pekin xəstəxanasına üz tutub, onu görən həkimlər şişin böyüklüyündən heyrətləniblər.

Şişin böyüklüyünə görə Yan günlərlə çarpayıda uzanmış vəziyyətdə qala bilib.

/publika.az/


Müəllif: