28 Fevral 2017 19:48
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir”

Teleqraf.com xəbər verir ki, bunu şairə, publisist Xuraman Vəfa “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini pisləyərkən bildirib.

"M.Müşfiq Azərbaycanda həmişə sevilən şairdir. Bu hadisə bizim mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir. Mən Mikayıl Müşfiq mükafatı almışam, ona həsr etdiyim şeirlərim var. Xalqın şairinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir", deyə Xuraman Vəfa qeyd edib.


Müəllif:

Oxşar xəbərlər