2 Mart 2017 11:38
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu il yanıq şöbəsinə 800 stasionar, 1200 ambulator xəstə müraciət edib".

Teleqraf.com xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərahiyyə Klinikası yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Şöbə müdirinin sözlərinə görə, ötən illə müqayisədə bu il yanıqla bağlı müraciət edən xəstələrin sayı xeyli azalıb: "Şöbəyə müraciət edənlərin arasında uşaqların sayı çoxluq təşkil edir. Uşaqlarda ən çox isti su yanıqları müşahidə olunur. Böyüklərdə isə daha çox partlayış, eləcə də su yanıqlarlna rast gəlinir".

Şöhrət Məmmədov bildirib ki bu il şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: "Şöbəyə müraciət edənlərin 70 faizində ağır yanıq xəsarətləri olub. Onların bədənin 50 faizi yanıb. Yanıqdan ölüm halları da illə müqayisədə xeyli azalıb.

Ümumiyyətlə, III A, III B, IV dərəcəli yanıqlarda plastik cərrahiyyəyə ehtiyac olur. Xəstə reabilitasiya dövrünə qədəm qoyduqda yenidən şöbəyə müraciət edir və həmin xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilir. Yuxarıda sadalanan yanıq dərəcələrində izin qalma ehtimalı böyükdür".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər