“Pensiya islahatlarında müsbət yeniliklər əksini tapır”.
Teleqraf.com-un məlumatına görə, bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
Vüqar Bayramov bildirib ki, müsbət yeniliklərdən biri 12 illik iş stajının ləğv edilməsidir. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, əmək pensiyası almaq üçün 12 il işləmək lazımdır: “Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq, limitdən artıq çalışan bir sıra vətəndaşlarımızla müqayisədə daha çox sosial ödəniş edirlər.
Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini müsbət qiymətləndiririk.
Digər məqam odur ki, ABŞ-da olduğu kimi əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşdirilməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə, o zaman hətta pensiya yaşı çatmasa belə, əmək pensiyasına müraciət edib ala bilər. Yəni, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq”.
Səxavət