Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin sədri İslam Hüseynov təşkilatın sıralarından xaric edilib.
ÜAK-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Konqresin Rəyasət Heyətinin qərarı ilə İ. Hüseynov təşkilatın Mərkəzi Şurasının üzvlüyündən çıxarılıb.
Buna səbəb kimi İ. Hüseynovun Ulyanov vilayət məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə (külli miqdarda dələduzluq etmək) mühakimə olunduğunu göstərib.