Martın 12-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedəcək.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxildir.
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, biznes forum təşkil ediləcək.