10 Mart 2017 12:04
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə “Məktəbəqədər təhsil haqqında” qanunun layihəsi barədə (İkinci oxunuşun davamı), “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məsələlər daxil edilib.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edərək, deputatları gündəlikdə olan məsələlərlə bağlı fikir bildirməyə çağırıb: “Ötən iclasda 9 millət vəkili çıxış edib. Yerdə qalan deputatlar da buyurub indi çıxış etsinlər”.

Hazırda iclas çıxışlarla davam edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər