Bu gün ölkənin daha bir neçə bankı valyutanın satış və alış qiymətlərini ucuzlaşdırıb.
Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında banklar 1 dolları 1.6600 manatdan baha alır, 1.7300 manatdan yüksək satır.
Araşdırmaya əsasən, dünən axşam saatlarında “Günaybank” dolları 1.7100 manata alıb, 1.7300 manata satırdı. İndi isə 1.7050 manata alıb, 1.7280 manata satır.
Bundan başqa, “Accessbank” alışı 1,5 qəpik, satışı 1,6 qəpik ucuzlaşdırıb. İndi bu bankda dolların alışı 1.6760 manat, satışı isə 1.7290 manatdır.
“NBC Bank” həmçinin alışı 2 qəpik, satışı 1,5 qəpik ucuzlaşdlrlb. Bank dolları 1.6800 manata alıb, 1.7300 manata satır. “Amrahbank” səhər saat 10 üçün yalnız satış qiymətini ucuzlaşdırıb: 1.7400-dan 1.7350 manatadək.