Xırdalan şəhərində bu gün dəm qazından boğulan beş qızdan ikisi Bakı Dövlət Humanitar və İqtisadiyyat kollecinin tələbəsidir.
Teleqraf.com xəbər verir ki, onlar Mələk Abbasova və Turanə Xanlayevadır. Hər iki qız kollecinin 2-ci kursunda təhsil alırmışlar.
Evdə boğulan digər 3 nəfər isə onların yanına qonaq gəliblərmiş.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırmalar başlayıb.
***
13:41
Xırdalanda dəm qazından boğulan qızlarla bağlı yeni detallar məlum olub.
Teleqraf.com xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, evdən heç kəsin çölə çıxmadığını görən qonşular dərhal polisə müraciət ediblər.
Hadisə yerinı gələn polislər qapını qıraraq içəri daxil olublar. Evdə beş qızın öldüyü bəlli olub.
Meyitlərin təcili yardım maşını ilə morqa aparıldığı xəbər verilir.
Dəm qazından boğulan beş nəfərin kimliyi məlum olub.
Teleqraf.com xəbır verir ki, ölənlər Nübar Musayeva, Mələk Abbasova, Tutanə Xanlayeva, Lamiyə Xanlayeva və Aytən Musayevadır.
Zərərçəkənlərdən 4-ü Balakən, 1-i isə Cəlilabad sakinləri olub.
***
13:13
Bu gün Xırdalan şəhərində dəm qazından boğulan 5 qızdan 4-ü Xırdalan şəhərində yerləşən hümanitar kollecin tələbəsi olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, dəm qazından boğulanlardan ikisi bacı oliblar. Onlardan biri kirayədə yaşayan bacısının yanına gəlibmiş.
***
12:33
Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhəri 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Hacı Zeynalov