"Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində ilkin araşdırmalara görə, 34 bina söküləcək".
Teleqraf.com xəbər verir ki, bunu Fövqaladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov Baş nazir Artur Rasizadənin “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” verdiyi qərarla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni tikilən binaların isə sayı 30-u keçməyəcək, bir-iki blokdan ibarət olacaq: "Yəni mərtəbələrində sayı artacaq. Boş ərazilərdə park və insanların ümumi istifadəsində olan ərazilər artacaq.
Həmin ərazidən 1729 ailə köçürüləcək. Yeni hündürmərtəbəli binalara onlara toxunulmayacaq. 1980-ci ildə tikilən bina var ki, onun sökülüb- sökülməməsi bilinmir".
Onun sözlərinə görə, söküntü-tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.
***
13:05
"Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşası nəzərdə tutulub".
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
Elxan Əsədov bildirib ki, Nazirlər Kabinetinin qərarının imzalanmasında təşəbbüskar FHN olub: "Bu layihə pilotdur, layihə özünü doğrultsa, Bakının digər mikrorayonlarını da əhatə edəcək".
O bildirib ki, 1-ci mikrorayonunun yenidən qurulması ilə bağlı işlərin görulməsi üçün ilk növbədə yer boşalmalıdır.
Xatıraladaq ki, Baş nazir Artur Rasizadə “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” qərar verib.
FHN təmsilçisinin sözlərinə görə, Bakıda mikrayonunlar çoxdur, yenidənqurma işlərinə başlanacaq: " Hazırda 1-ci mikrorayonun yenidən qurulması işi görüləcək. Tikinti işlərinə başlamaq üçün ilk növbədə yer boşalmalıdır. Evlər sökülüb, yenidən inşa olunacaq. Həmin binalar sökülüb, yenidən inşa olunana kimi insanlar kirayə qalacaq və onların kirayə pulu pulu ödəniləcək. Kirayə pulu mənzilin kvadratına uyğun ödəniləcək".
Elxan Əsədov qeyd edib ki, qərara görə, yeni tikiləcək mənzillərin sahəsi bu günkü yaşadıqları mənzilərdən ən az 10 faiz çox ol olmalıdır: "Kim istəsə həmin binaları sata bilərlər. Qeyd edim ki, ərazidə 2 uşaq bağçası, uşaq poliklikası tikiləcək. Lazım gələrsə, ərazidə müəyyən tələblərə cavab verməyən sosial binaların sökülüb yenidən tikilməsi nəzərdə tutulub".
O bildirib ki, ilk növbədə maliyyə məsələləri həll olunmalıdır.
İlhamə ƏBÜLFƏT