Bu gün axşam saat 19.40 radələrində metronun “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatarın 5-ci vaqonunu tüstü bürüyüb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Teleqraf.com-a verdiyi məlumata görə, hadisə “28 may” və “Gənclik” metro stansiyaları arasında baş verib.
Hadisə yerində olan Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, sərnişinlər “Gənclik” stansiyasında qatardan düşüb. Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Hadisə qatarların hərəkətinə təsir etməyib. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.