V Qlobal Bakı Forumu öz işini davam etdirir.
Teleqraf.com forumu işıqlandıran əməkdaşı xəbər verir ki, forumda Serbiyanın keçmiş prezidneti Boris Tadiç çıxış edib.
O, son illərdə qlobal siyasətin uğursuzluğa düçar olduğunu bildirib: “Biz etiraf edirik ki, son bir neçə il ərzində uğursuzluğa düçar olmuşuq. Ancaq biz sübut etməliyik ki, müxtəlif çətinlikləri dəf etmək iqtidarındayıq”.
Daha sonra Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi Əmr Musa çıxış edib. O bildirib ki, hazırda bəşəriyyətin üç ifadə ilə bağlı problemləri var. Bunlar siyasi realizm, insan hüquq və azadlıqları təmin olumnası və ikili standartlar problemidir: "Biz bu problemlərlə ərəb-İsrail münaqişəsi zamanı şahidi olmuşuq. İkili standartların tətbiqi bütün digər dəyərlərə, prinsiplərə inancın itməısinə səbəb olunb. Soruşa bilərsiniz ki, Əmr Musa - misirli və ərəb diplomatı bu paneldə oturmaqla bu problemləri niyə müzakirə edir?
Ancaq gəlin biz Avropa İttifaqından həm qərbə, həm də cənuba baxaq. Qərbə baxdıqda, görərik ki, hazırda Avropa İttifaqı Amerika ilə münasibətlərini nəzərdən keçirir. Ancaq Avropa cənuba baxanda bizi - ərəb dünyasını görəcək. Bu baxımdan hamı kimi biz də Prezident Trapmdan yeni şeylər gözləyirik”.
Əmr Musa daha sonra bəşəriyyəti narahat edən digər problemlərə dair öz fikirlərini bölüşüb.
Səxavət