V Qlobal Bakı Forumu öz işini davam etdirir.
Teleqraf.com xəbər verir ki, forumda Azərbacan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Əli Həsənov qeyd edib ki, BMT-nin qəbul etdiyi qərarların imperativ xarakter daşımaması, münaqişələrə yanaşma tərzi, ikili standartlar mövqeyindən çıxış etməsi təəssüf doğurur: “Mən Azərbaycanın nümunəsində beynəlxalq hüquq normaları və qlobal siyasətlə bağlı fikirlərimi paylaşacam.
Müasir dövrdə dünyada sülhün təmin edilməsində beynəlxlaq təşkilatların üzərinə mühüm vəzifələr düşür. Başda BMT olmaqla beynəlxalq münasibətlərə yeni yanaşma ortaya çıxır. BMT-nin dünyada gedən proseslərə münasibəti, göstərdiyi ziddiyyətli fəaliyyəti birmənalı qarşılanmır. İraqın cəzalandırılmasına dair qətnamə dərhal həyata keçirildiyi halda Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən qətnamələr 20 ildən artıqdır yerinə yetirilmir.
Bu baxımdan təşkilatda ciddi islahatların aparılması vacibdir. Çünki BMT qəbul etdiyi qərarların icrasına eyni prinsipial möpvqe nümayiş etdirmir. Biz Liviya ilə bağlı qətnamənin də necə sürətlə yerinə yetirildiyinin şahidiyik”.
Əli Həsənov qeyd edib ki, xüsusən BMT Təhlükəsizlik Şurası üzlərinin sayının artırılması ciddi aktuallıq kəsb edir: “Təhlükəsilik Şurasında yalnız 5 dövlətin olması ədalətli deyil. Bəzən qərarların qəbulu üçün bütün 15 dövlərin razılığı tələb olunur ki, bu da təşkilatın çevik və dinamik fəaliyyət göstərməsinə maneçilik törədir. 2015-ci ildə BMT-nin yaradılmasının 70 illiyi ilə bağlı keçirilən seesiyada bu məsələlər bir daha vurğulanıb. Azərbaycan BMT-nin sülhyaratma mexanizmlərinin yaradılmasını vacib sayır”.
Prezident Administrasiyası rəsmisi bildirib ki, Azərbaycan BMT-də islahatların aparılmasının vacibliyini dəstəkləyir: “Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qıbul edilmiş 4 qətnamənin yerinə yetirlməsi üçün əlverişli imkanlar yarada bilər”.
Əli Həsənov onu da bildirib ki, beynəlxalq münasibətlərdə birqütblü vəziyyətin yaranması planetin ümumi vəziyyətinə təsir göstrərməklə yanaşı ciddi dəyişikliklərə gətirib çıxarıb: “Hesab edirik ki, çoxqütblülük şəraitində beynəlxalq aləmdə tarazlılığı qoruyub saxlamaq mümkün olacaq. Dünyanın əksər ölkələri çoxqütblü dünyada tarazlığın NATO-nun deyil, BMT-nin himayəsi altında yaradılmasını vacib sayırlar”.
Əli Həsənov daha sonra Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatın dünyada sülh və əmi-amanlığın təmin olunmasında oynadığı rol haqda da dnışıb: “Qoşulmama Hərəkatı hesab edir ki, dünyada sülh və əmin-amanlığın təmin olunmasında bu və ya digər dövlətlər əlahiddə rol oynaya bilmz. Hesab edirik ki, bu gün beynəlxlaq hüquq və beynəlxalq münasibətlər arasında balansın tapılması dünyanın xilasıdır”.
Səxavət HƏMİD