18 Mart 2017 22:28
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) guya Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Teleqraf.com-a bildirib ki, bu məlumatların heç bir əsası yoxdur və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməyib:

"Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir. Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib".

DBNX bu məlumatların həqiqəti əks etdirmədiyini, heç bir fakta əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir. Dövlət Xidməti bəyan edir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.


Müəllif:

Oxşar xəbərlər