11 İyul 2014 11:02
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov “Ən fəal və ən yaxşı rektor” seçilib.

“Ən fəal və ən yaxşı rektor” sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib.

Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan 119 minlik “Azerbaycan Universitetləri”ndə ilin ən yaxşı rektoru sorğusu başa çatıb. Sorğunun ilkin mərhələsində 48 rektordan 10 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutub. Sonradan sorğunun ikinci mərhləsinə start verilib. 10-luqdakı rektorlar arasında yarış başlayıb və nəhayt 2013/2014 mövsümünün facebook sosial şəbəkəsində "tələbələr arasında adı ən çox hallanan ən fəal və ən yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib. 2500-dən çox tələbənin verdiyi səslərə əsasən:

1. Abel Məhərrəmov (BDU rektoru) - 605 səs

2. Ədalət Muradov (ADİU rektoru) - 487 səs

3. Aqiyə Naxçıvanlı (AMİ rektoru) - 441 səs

4. Səməd Seyidov (ADU rektoru) - 325 səs

5. Ahmet Sanıç (Qafqaz rektoru) - 298 səs

6. Arif Paşayev (MAA rektoru) - 104 səs

7. Havar Məmmədov (AzTU rektoru) - 97 səs

8. Kamal Abdulla (BSU keçmiş rektoru) - 89 səs

9. Gülçöhrə Məmmədova (AzMİU rektoru) - 65 səs

10. İbrahim Cəfərov (ADAU rektoru) - 40 səs

Səsvermədə yalnız real profillərdən gələn səslər hesaba alınıb və 1 nəfərdən yalnız 1 şərh qaydası ilə hesablanıb.

/qafqaz.info/


Müəllif: