21 Mart 2017 13:54
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Rex Tillersonun NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, aprelin 5-6-da NATO xarici işlər nazirləri Brüsseldə toplanacaq.

Həmin tarixdə ABŞ dövlət katibi Rex Tillerson Vaşinqtona səfərə gələn Çin prezidentini gözləyəcək və bundan dərhal sonra Moskvaya rəsmi səfər edəcək.

NATO-ya üzv 28 dövlətin xarici işlər nazirlərinin iclasına qatılmayan dövlət katibi Çin prezidenti Şi Jinping ilə ABŞ prezidenti Donald Trampın Floridada aparacağı danışıqlarda iştirak edəcək. Daha sonra isə Moskvaya yollanacaq.

Prezident Trampın xarici işlər nazirinin NATO toplantısına qatılmaması, onun yerinə Moskvaya ziyarət etməsi, Çin rəhbərliyi ilə danışıqlarda iştirakı göstərir ki, ABŞ-ın yeni administrasiyası böyük dövlətlərlə əlaqələrə daha çox önəm verir.

Analitiklər hesab edir ki, bu durum bir çox NATO üzvündə ABŞ-qa qarşı etimadsızlığı gücləndirəcək, eləcə də Rusiya təhlükəsi qarşısında özünü müdafiə etmək məqsədilə başqa variantlar haqqında düşünməyə məcbur edəcək.

Cavad


Müəllif:

Oxşar xəbərlər