11 İyul 2014 11:50
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dənizli Bayramyeri meydanında böyük partlayış baş verib. İlkin məlumata görə, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerli vaxtla saat 08:50-də baş verib.

Bayramyeri Meydanının arxasındakı 357-ci küçəsdə yerləşən evlərin birində məişət sobası partlayıb. Şiddətli partlayış evi tamamilə dağıdıb. Hadisənin təsirindən yaxınlıqdakı binalara xeyli ziyan dəyib.

Küçədən keçən onlarla şəhər sakini müxtəlif dərəcəli xəsarətlər alıb. 10-dan çox adam ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralılardan bəziləri olduqca ağır vəziyyətdə olduğundan, onların həyatını xilas etməyin mümkünlüyü sual altındadır.

İlkin ehtimallara görə, partlayış qaz sızması nəticəsində baş verib. Araşdırma aparılır.

Ülviyyə


Müəllif: