24 Mart 2017 13:59
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə səfəri zamanı Müdafiə Nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.

Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən nazir, general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladıb, onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını bildirib.


Müəllif:

Oxşar xəbərlər