11 İyul 2014 13:55
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusundakı bəzi generallar ölkə prezidenti Bəşər Əsəd rejimini devirmək üçün fəaliyyətə keçiblər.

Əsədi devirmək istəyən hərbçilər artıq hərbi çevriliş etməyə cəhd edirlər.

Liviya mətbuatının yaydığı məlumatda qeyd olunub ki, Əsədi yıxmağa çalışan generallar ordusu Suriya Müdafiə Nazirliyini ələ keçiriblər.

Hərbçilərin Əsədə məxsus “Xalq Sarayı”nı da tutduqları bildirilir.

Yayılan xəbərlərdə Əsədin Suriyanı tərk etdiyi də irəli sürülüb. Lakin hələlik bu iddialar öz təsdiqini tapmayıb.

/ans press/


Müəllif: