29 Mart 2017 18:16
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki 5-6 may tarixində öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq.

Bu barədə Teleqraf.com-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Çılğın rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış italyan biznesmen və filantrop Canluka Vakki Bakı Şopinq Festivalına qatılacaq. Çox yaxında festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə pozitiv və həyat dolu Vakki Bakı tamaşaçılarını öz sürprizi ilə sevindirəcək.

Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. BSF ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.

Festival zamanı çoxlu sayda əyləncəli tədbirlərin – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr sayəsində festival əsl bayrama çevriləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər