11 İyul 2014 14:47
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın Donetsk vilayəti ilə Luqansk vilayətinin sərhədində bir azərbaycanlı hökumət əleyhinə olan silahlılar tərəfindən işgəncə ilə öldürülüb.

Luqansk vilayəti üzrə azərbaycanlıların diaspor rəhbəri Rasim Uğurluyev açıqlamasında bildirib ki, 1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Mansurov Azər sərhəd Snejnoye şəhərində silahlılar tərəfindən girov götürülərək, işgəncə ilə öldürülüb. Onun müxtəlif bədən üzvləri, o cümlədən cinsiyyət orqanı kəsilərək öldürülüb.

Diaspor rəhbəri hadisənin təfərrüatını da danışıb: “Onun həmin şəhərdə bacanağı da yaşayır və bir neçə ticarət obyekti ilə yanaşı avtoyuma məntəqəsinin də sahibidir. Bacanağı baş verən hadisələrlə əlaqədar ailəsini Azərbaycana aparmaq üçün şəhəri tərk edəndə avtoyumaya nəzarət etməyi də Azərə tapşırıb. Azər də burda xeyli vaxtdır ki, bir rus qadınla qeyri-rəsmi nikahda yaşayırdı. Qohumları gedəndən sonra qadın Azərə təklif edib ki, basqınçılardan qorumaq üçün həmin obyekti onun, yaxud atasının adına keçirsin. Qadın bunu atasının hökumət əleyhinə olan silahlılar arasında nüfuzlu şəxs olması ilə izah edib. Azər isə obyektinin başqasına məxsus olduğunu əsas gətirərək, bundan imtina edib. Bu mübahisədən bir neçə gün sonra həmin qadının atası Azəri evinə qonaq çağırıb və silahlılarla birgə girov götürüb. Yaxınlıqdakı meşədə ona işgəncə verərək obyektlərin dəqiq siyahısını və sənədlərini tələb ediblər. O da imtina etdiyinə görə onu bərk döyərək bədəninin bəzi hissəsini, o cümlədən cinsiyyət orqanının kəsərək öldürüblər”.

R.Uğurluyev bildirib ki, onun meyiti Azərbaycanın Ukraynadakı səfirliyinin və bu ölkədəki azərbaycanlı iş adamlarının səyi nəticəsində silahlılardan alınaraq Azərbaycana göndərilib. A. Mansurov Tovuz rayonunda dəfn olunub: “Amma bu hadisədən sonra onun qohumlarının obyektləri də silahlılar tərəfindən qəsb olunub. İndi qohumları da Azərbaycandan Ukraynaya gələ bilmir”.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında hadisə barədə məlumatlı olduğunu bildirib.

/apa/


Müəllif: