30 Mart 2017 11:08
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq” bazarı mədəniyyət abidəsi hesab edilir. Buna görə onun sökülməsi real deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov deyib.

Onun sözlərinə görə, bazarın söküləcəyi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir: “Tikilinin sökülməsi gündəmə gəlsə, icra orqanı olaraq ilkin sənədləşmə bizimlə aparılacaq. Lakin bizdə həmin abidənin sökülməsi ilə əlaqədar heç bir məlumat yoxdur”

Hüseyn Cəfərov bildirib ki, həmin tikili ətrafındakı fərdi yaşayış evlərinin söküntüsü aparılır: “Bu işlər pilot layihə çərçivəsində həyata keçirilir. Həmin evlər sökülüb yerində yeni binalar tikiləcək. Lakin “Şərq” bazarının söküntüsü ilə bağlı heç bir fikir yoxdur, yayılan xəbər də kiminsə arzusu ola bilər”.


Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, “Şərq”bazarının tarixi abidə sayılır: "Onun sökülməsi üçün nazirliyin icazəsi olmalıdır. Yoxsa heç bir iş gedə bilməz”.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, yayılan informasiya düzgün deyil: “Bazarın sökülməsi barədə bizdə heç bir informasiya yoxdur”.

Qeyd edək ki, Müsavat. com saytı Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq” bazarı söküləcəyi barədə məlumat yayıb.

Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşəcək: “Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq” bazarı böyük ehtimalla, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək”.

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər