30 Mart 2017 12:07
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-də dənizdə fırtına gözlənilir, artıq bu barədə SOCAR-a Milli Hidrometeorologiya Bürosundan telefonoqram göndərilib.

SOCAR-ın mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, bütün mədənlərə xəbərdarlıq edilib.


"Fırtına proqnozu səbəbindən yalnız operatorlar öz iş yerlərində olacaqlar. Hasilatı dayandırmaq olmaz axı. Allahın köməkliyi ilə heç nə olmaz”- deyə SOCAR- dan bildirilib.

Məlumata görə, martın 31-də dənizdə şimal küləyinin sürətinin saniyədə 38 metrdən yuxarı olacağı gözlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən demək olar ki, işçilərin əksəriyyəti bu gündən evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb.

2015-ci ilin 4 dekabr tarixində fırtına zamanı "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.

2016-cı ilin dekabrında da eyni səbəbdən 10 nəfər itkin düşüb, bu günə qədər onlardan yeddisinin meyiti tapılıb. Onlardan 7-si operator, 2-si maşinist, biri mexanik olub.


Müəllif:

Oxşar xəbərlər