“Azərpoçt”a yeni baş direktor təyin olunub.
Teleqraf.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ülvi Mansurov Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə dünəndən “Azərpoçt”un yeni baş direktoru təyin olunub.
O, daha əvvəl ləğv olunan “Texnikabank”ın İdarə Heyətinin sədri olub və bank sektorunda digər vəzifələrdə çalışıb.
Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.