Fövqəladə Hallar Nazirliyi (FHN) “Binə” ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.
Teleqraf com-un xəbərinə görə, məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kvadrat metr olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 kvadrat metr olan geyim mağazalarının tavanları ümumilikdə 22 kvadrat metr sahədə yanıb.
Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.