11 İyul 2014 16:56
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Global Firepower Index" 2014-ci ilin ən güclü ordularının siyahısını hazırlayıb.



Şirkət orduların gücünü onların hərbi texnikasına və digər detallara görə hesablayıb. Siyahıya əsgərliyə çağırıla biləcək əhali, eyni zamanda tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmi, dənizlaltı gəmisi və müdafiə büdcəsi daxildir. Ancaq Kateqoriyalar hər ölkə üçün fərqli olaraq hesablanır.

Siyahıda ilk pilləni 612 milyard 500 milyonluq hərbi büdcəsi ilə ABŞ tutur. Bu ölkənin ümumilikdə müharibə vəziyyətində əsgərliyə çağırıla biləcək əhali sayı 145 milyondur. ABŞ ordusunda 8,325 tank, 13,683 təyyarə, 7,506 nüvə başlığı, 10 ədəd təyyarə gəmisi və 72 ədəd dənizaltı var.

Siyahının ikinci pilləsində isə 76 milyarda 600 milyon dollarlıq hərbi büdcəsi ilə Rusiya qərarlaşıb. Bu ölkənin ümumilikdə müharibə vəziyyətində əsgərliyə çağırıla biləcək əhali sayı 69 milyon 170 mindir. Rusiya ordusunda 15 min tank, 3,082 təyyarə, 8,484 nüvə başlığı, 1 ədəd təyyarə gəmisi və 63 ədəd dənizaltı var.

Çin 126 milyard dollarlıq büdcəsi ilə siyahıda üçüncü pillədə yer alıb. Bu ölkənin ümumilikdə müharibə vəziyyətində əsgərliyə çağırıla biləcək əhali sayı 749 milyon 610 mindir. Çin ordusunda 9,150 tank, 2,788 təyyarə, 250 nüvə başlığı, 1 ədəd təyyarə gəmisi və 69 ədəd dənizaltı var.

Dördüncü pillədə 46 milyard dollarlıq hərbi büdcəsi ilə Hindistan qərarlaşıb. Bu ölkənin ümumilikdə müharibə vəziyyətində əsgərliyə çağırıla biləcək əhali sayı 615 milyon 200 mindir. Çin ordusunda 3,569 tank, 1,785 təyyarə, 80-100 nüvə başlığı, 2 ədəd təyyarə gəmisi və 17 ədəd dənizaltı var.

Siyahıda ilk beşlikdə 53 milyard 600 milyon dollarlıq büdcəsi ilə İngiltərə yer alıb. Bu ölkənin ümumilikdə müharibə vəziyyətində əsgərliyə çağırıla biləcək əhali sayı 29 milyon 164 mindir. İngiltərə ordusunda 407 tank, 908 təyyarə, 225 nüvə başlığı, 1 ədəd təyyarə gəmisi və 11 ədəd dənizaltı var.

Siyahıda Fransa (43 milyard), Almaniya (45 milyard), Türkiyə (18 milyard), Cənubi Koreya (33 milyard), Yaponiya (49 milyard) müvafiq ardıcıllıqla qərarlaşıb.

/ans press/


Müəllif: