11 İyul 2014 19:11
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xristian aləminin dini lideri Papa Fransiskonun adına Feysbuk sosial şəbəkəsində açılan və qeyri-rəsmi fəaliyyət göstərən səhifəyə haker hücumu edilib.

Bir milyon üç yüz izləyicisi olan səhifədə bir müddət Qurani-Kərimdən ayələr, kəlimeyi-tövhidlər və İsrailin əleyhinə materiallar paylaşılıb.

Səhifədə Papa Fransiskonun "tək həqiqi din İslamdır" sözləri yazılan şəkilləri, "Azad Fələstin” yazıları və İsrailə qarşı şəkillər paylaşan hakerlər "Yaşasın Əlcəzair" şüarını paylaşmağı da unutmayıblar. Səhifəyə üz qabığı şəkli olaraq da üstünə kəlimeyi-tövhid yazılan şəkil qoyulub.

Hansı ölkə vətəndaşı olduğu məlum olmayan hakerlər bir müddət paylaşmalar etdikdən sonra səhifə əvvəlki halına qaytarılıb.

/axar.az/


Müəllif: