5 Aprel 2017 15:15
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə əminin qardaşı qızı ilə ailə qurmasına hüquqşünas Sədaqət Paşayeva münasibət bildirib.

Teleqraf.com-a açıqlama verən hüquqşünas bəzi qohum nikahların məhdudlaşdırılması ilə bağlı qanunda boşluqlar olduğunu deyib:

“Ailə Məcəlləsində bəzi yaxın qohumların evlənməsini yasaqlayan məddə var. Məsələn, ata qızı ilə, ana oğlu ilə ailə qura bilməz. Amma bu siyahı daha geniş olmalıdır. Gəncədəki hadisə göstərdi ki, qanunda boşluqlar var.

Bundan başqa, belə nikah zamanı tərəflərin məsuliyyət məsələsi də öz əksini tapmalıdır. Fikrimcə, bu boşluqlar aradan qaldırılsa, belə hallar baş verməz. Ciddi cəza mexanizmi yaradılmalıdır. Əks halda belə nikahlar normaya çevrilə bilər”.

Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları müəyyənləşdirən 12-ci maddəsində deyilir:

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

ŞƏFİQƏ


Müəllif:

Oxşar xəbərlər