“Dinimizin belə nikahlara münasibəti mənfidir və haram buyrulub. Məhrəm olanlar nikaha girə bilməzlər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Gəncədə əmi ilə qardaşı qızı arasında kəsilən dini kəbinlə bağlı deyib.
Onun sözlərinə görə, bu, milli mentalitetimizə də ziddir.
İlahiyyatçı deyib ki, qadınlara ata , qardaş, əmi, dayı, kişilərə isə bacı, ana, xala, bibi məhrəm sayılır: "Onlara kəbin oxuna bilməz. Bundan savayı, Qafqaz Müsəlmanları İdarəsinin belə bir qərarı var ki, nikah şəhadətnaməsini təqdim etmədən din xadimi kəbin kəsə bilməz”.
Şəfiqə