“Azərenerji” ASC olaraq, həmişə olduğu kimi İslam Həmrəyliyi Oyunları zamanı da üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazırıq. Bununla əlaqədar texniki tədbirlər əvvəlcədən görülüb”.
Bunu Teleqraf.com-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.
Onun sözlərinə görə, rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib edilib və elektrik xətlərinin mühafizəsi gücləndirilib:
“Təchizatçılar tələbatlarına uyğun fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin ediləcək. Artıq bir neçə ildir respublikamızın beynəlxalq tədbirlərə, idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bunu deməyə bir daha əsas verir. Əminik ki, bu tədbir də layiqincə həyata keçiriləcək”.
İlhamə ƏBÜLFƏT