10 Aprel 2017 09:39
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrəli tanınmış jurnalist və pedaqoq Aleksandra Starkın iştirakı ilə bu gün Mətbuat Şurasında ölkəmizin kütləvi informasiya vasitələrinin təmsilçilərinin bir qrupu üçün onlayn media və sosial şəbəkələr mövzusunda seminar keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tanınmış jurnalistin ölkəmizə səfəri Azərbaycan Mətbuat Şurasının və İsveçrənin Bakıdakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.

Azərbaycana səfəri çərçivəsində A.Stark aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında məruzə ilə çıxış edəcək, bilik və təcrübəsini bölüşəcək.

Qeyd edək ki, ötən il oktyabrın 27-də İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder Mətbuat Şurasında olub, Şuranın sədri, Milli Məclisinin deputatı Əflatun Amaşovla görüşüb. Görüşdə ölkələrimizin jurnalistləri arasında səmərəli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İsveçrə jurnalistlərinin Azərbaycana səfərlərinin təşkili, həmçinin peşəkarlığın artırılması yolları, birgə konfrans və seminarların keçirilməsi əsas müzakirə mövzusu olub. A.Starkın ölkəmizə səfəri bu istiqamətdə ilk addımdır.


Müəllif:

Oxşar xəbərlər