Binəqədi rayonu Sulutəpə qəsəbəsi 313 saylı orta məktəbin 4 sinif şagirdi Səccad Mircəfər oğlu Əyyubzadənin qəfil dünyasının dəyişməsi ilə bağlı xəbər yayılıb.
Teleqraf.com 313 saylı orta məktəblə əlaqə saxlayıb.
Həmin məktəbdə belə bir şagirdin oxumadığı bildirilib və 217 saylı tam orta məktəblə əlaqə saxlamaq məsləhət görülüb.
217 saylı məktəbdən verilən məlumata görə, Səccad Əyyubzadə 4-cü sinifdə yox, 6-cı sinifdə oxuyurmuş: "O, şənbə günü evdə vəfat edib. Həmin gün məktəbdə dərs olmur. Bu gün "üç" mərasimidi, ora gedəcəyik".
Məlumat verən müəllimə deyib ki, uşağın epilepsiya xəstəliyi vardı: "Deyilənə görə, qəflətən, elə anasının qucağında vəfat edib. Səccad çox yaxşı oxuyurdu. Bütün dərslərdən qiyməti “5”dir. Çox ağıllı, tərbiyəli uşaq idi. Təəssüf ki, indi məktəblərdə epilepsiya xəstəliyindən əziyyət çəkən uşaqların sayı çoxdur...”
Şəfiqə