12 İyul 2014 13:01
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində faciə yaşanıb.



İzmir sahillərində göyərtəsində 37 nəfər olan gəmi batıb. Hadisə gecə saatlarında baş verib. Gəminin batması nəticəsində yalnız 2 nəfər xilas olub. Gəmi sahildən təxminən 10 kilometr uzaqlıqda batsa da xilas olan iki nəfər sahilə qədər üzə bilib.

Qalan 35 nəfər isə itkin düşüb. Onların miqrant olduğu bildirilir. Qeyri-qanuni yolla Türkiyə ərazisinə keçmək istəyiblər. Xilas olanlardan biri Suriya, digəri isə Əfqanıstn vətəndaşıdır.


Hazırda İzmir Sahil Təhlükəsizlik Qüvvələri gəminin batdığı ərazidə itkin düşənlərin tapılması istiqamətində axtarışlar həyata keçirir.

/ans press/

Müəllif: