12 Aprel 2017 10:22
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "İslam həmrəyliyi ili" çərçivəsində "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans başlayıb.

"Report" xəbər verir ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə keçirilir.

Tədbirdə dövlət, elm və ictimai xadimlər, dini konfessiyaların rəhbərləri, Azərbaycanda təmsil olunan diplomatik korpus nümayəndələri iştirak edir.

Konfransı giriş sözü ilə QMİ sədri Allahşükür Paşazadə açıb.

O bildirib ki, sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs İslam dini bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur: “Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib”.

QMİ sədri deyib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər yəhudilər və digər din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar.


Müəllif:

Oxşar xəbərlər