13 İyul 2014 20:32

Bir neçə gün əvvəl cəbhə xəttində erməni tərəfi Azərbaycan postuna hücum edib.

Teleqraf.com-un Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan ordusu” qəzetinə istinadən məlumatına görə, Azərbaycan tərəfi hücumun qarşısını qətiyyətlə alıb.

Post başçısı gizir Namiq Şıxəliyev hücum gününün dəqiq vaxtını açıqlamayıb. Lakin o, hücumun gecə 2-3 radələrində olduğunu deyib. N.Şıxəliyev erməniləri görən kimi “həyəcan” siqnalı verdiyini, dərhal Azərbaycan əsgərlərinin erməniləri atəşə tutuduğunu söyləyib. Bundan sonra ermənilər geri çəkilməyə məcbur olub. Hadisə zamanı Azərbaycan tərəfindən ölən və yaralanan olmayıb. Erməni tərəfdən itki olub-olmadığı açıqlanmır.

Hücumun qarşısı alındıqdan sonra Azərbaycan tərəfi səhərə qədər növbəti hücumu gözləyib, lakin ermənilər daha gəlməyib.

Düşmən hücumunun qarşısını almış Azərbaycan əsgərlərinə təşəkkür elan edilib, onlara fəxri fərmanlar verilib, həmçinin döyüşdə fərqlənənlər məzuniyyətə göndərilib.


Müəllif:
Загрузка...