14 İyul 2014 09:51
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin keçmiş meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşənlə görüşüb.

Bernar Broşən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı növbəti dəfə Kannda görməyindən böyük məmnunluq hissi duyduğunu vurğulayıb, bu il yenidən təşkil olunan Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətini qeyd etmiş, onun ötən ilki kimi yüksək səviyyədə keçdiyini bildirib.

Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini təqdir edən Bernar Broşən fond tərəfindən Fransanın müxtəlif region və şəhərlərində keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bernar Broşənin Kannda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı ənənənin formalaşmasındakı rolunu yüksək qiymətləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

/trend/


Müəllif: