Oxşar xəbərlər
Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət dünyasını dəyişməyib.
Bu barədə alimin tələbəsi Pərvanə Məmədli məlumat verib. O, bildirib ki, mətbuatda C. Heyətin ölümü ilə bağlı yayılan xəbərlərlə əlaqədar professorun qızı ilə əlaqə saxlayıb. Cərrahın qızı isə atasının dünyasını dəyişmədiyini və hazırda Bakıdakı Gömrük Hosbitalında reanimasiyaya yerləşdirildiyini deyib
Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinin baş həkimi Cavad Heyətin vəziyyətinin stabil ağır olduğunu bildirib: “O, xəsttəxanaya ürəyində olan problemə görə gətirilib. Onun vəziyyəti ağırdır. Heç bir dəyişiklik yoxdur”.
/ans press/