14 İyul 2014 16:24
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Hakim BMT Baş katibi Pan Gi Muna göndərdiyi ikinci məktubda İŞİD-in Mosul Universitetindən təxminən 40 kiloluq uran komponenti ələ keçirdiyini və bundan atom bombası hazırlayacağını qeyd edib.

Alıanan məlumata görə, məktubda İŞİD-in təkcə uran komponentləri yox, Səddam Hüseynin vaxtından qalma kütləvi qırğın silahı yaratmaq üçün vacib olan digər maddələrin də ələ keçirdiyi qeyd olunub.

Qeyd edək ki, məktubda nüvə materiallarının terrorçular tərəfindən İraqda və xaricdə istifadə oluna biləcəyi bildirilib və bunun qarşısının alınması üçün yardım istənilib.

“Röyter” agentliyinin apardığı araşdırmaya görə, mütəxəssislər terrorçuların əlində olan uran və digər komponentlərdən asanlıqla kütləvi qırğın sılahı hazırlamaq mümkündür. Mütəxəssislərin bildirdiyinə görə, terrorçular zərərsizləşdirilməsə atom bombası qaçılmaz olacaq.

Xatırladaq ki, bu, BMT Baş katibinə ikinci belə məktubdur.

/axar.az/


Müəllif: