15 İyul 2014 11:09

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcədə mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi məqsədilə monitorinqlər keçirilir.

Nazirlikdən verilən xəbərə görə, bu il monitorinqlər 3 mərhələdə baş tutacaq.

Birinci mərhələ üzrə monitorinqlər 31 mart-29 noyabr tarixlərində Bakı-Abşeron bölgəsində keçirilib. İyunun 23-dən başlayan ikinci mərhələ üzrə monitorinqlər iyulun 22-nədək respublikanın digər regionlarında həyata keçiriləcək. Növbəti monitorinqlərin isə yay mövsümündən sonra - 15 oktyabr-13 noyabr tarixlərində Bakı-Abşeron bölgəsində davam etdirilməsi nəzərdə tutulub.


Monitorinqlər zamanı turizm obyektlərində aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə obyekt rəhbərlərinə xəbərdarlıqlar edilib və bununla bağlı müvafiq tədbirlər görülüb.

/apa/


Müəllif:
Загрузка...